Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

GENDER ZORAKILIĞI ADLI SEMİNAR KEÇİRİLİB

15/10/2023

Cari ilin oktyabr ayının 11-də  Gender və tətbiqi psixologiya kafedrasında elmi seminar keçirilib. Bu Seminar  2023/2024-cü  tədris ilinin  payız semestrində keçiriləcək elmi seminarlar silsiləsinin aşılışı idi. “Gender zorakılığı” mövzusunda ilk seminarı kafedranın müdiri, professor R.İbrahimbəyova açaraq  qeyd edib ki, son onilliklərdə dərin tarixi kökləri olan gender zorakılığı mövzusu beynəlxalq ictimayyətin gündəminə gətirilib  və  ən aktual  elmi tədqiqatların mövzusuna   çevirilmişdir. R.İbrahimbəyova bildirib ki, Azərbaycanda belə tədqiqatlar kafedrada  illər boyu aparılıb, xeyli statistika toplanıb, hətta  müəllif hüququnu almış  yeni anlayışlar  təklif olunub.

Çıxışdan sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

R.İbrahimbəyova eyni zamanda  semestrin axırınadək  kafedrada müxtəlif aktual problemlər üzrə elmi müzakirələrin  və müəllimlər  tərəfindən  sərbəst formatda -seminar və ya  hər hansı digər formatda təşkil  edilməsini  təklif edib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti