Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

GƏLƏCƏK GƏNCLƏRİN GÖZÜYLƏ

28/04/2011

Bu gün cəmiyyətdə yaxşılığa və inkişafa doğru sürətli dəyişikliklər gedir. Bunu nəzərə alan Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti “Gələcək gənclərin gözüylə” elmi konfransının keçirməyi qərara almışdır. Konfransı keçirməkdə məqsəd tələbələrin bu gün cəmiyyətdə aktual olan problemlərə müstəqil yanaşmasını öyrənmək, tələbələrin əldə etdikləri maraqlı və dəyərli informasiyaları bir-birləri ilə bölüşmək və asudə vaxtlarının səmərəli keçirmələrini təmin etməkdən ibarətdir.

Bu silsilədən olan növbəti görüş 18.04.2011 tarixində keçirilmişdir. Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin I və II kurs tələbələri və fakültə dekanı prof. Hikmət Əlizadə iştirak etmişdir. Görüşdə tələbələrin çıxış üçün hazırladıqları məruzələr nəzərdən keçirilmiş və tələbələrin tədbirlə bağlı maraqlandığı suallar dekan prof. H.Əlizadə və FTEC-nin sədri Fərhad Vahidzadə tərəfindən cavablandırılmışdır. Bu görüş bir daha göstərdi ki, universitet tələbələri hər zaman elmi biliklərini və dünya görüşlərini artırmağı bir əsas vəzifə kimi qarşılarına qoymuşlar. Tədbirin  sonundada növbəti görüşün keçirilmə vaxtı və yeri dəqiqləşdirilmişdir.

Bookmark and Share
© Bakı Dövlət Universiteti