Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

İkiqat paralimpiya çempionu İlham Zəkiyevin tələbələrlə görüşü

22/11/2017

BDU-da Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasında təhsil alan tələbələrin ikiqat paralimpiya çempionu İlham Zəkiyevlə görüşü keçirilib. Çıxış edən dekan, professor Hikmət Əlizadə görüşün əhəmiyyətindən bəhs edib, qonaq barədə ətraflı məlumat verib.
Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev isə İlham Zəkiyevin həyat və fəaliyyətinin sosial iş üçün həm obyekt, həm də subyekt kimi böyük məna kəsb etdiyini vurğulayıb.
Sosial iş kafedrasının təşəbbüsü ilə keçirilən görüşdə bu ixtisas üzrə təhsil alan II kurs tələbəsi Rəvan Əliyevin İlham Zəkiyevin həyat və fəaliyyətini əks etdirən video-çarxı nümayiş etdirilib.
Sonda çıxış edən qonaq BDU-da olmasından məmnunluğunu ifadə edərək bu səpgili görüşlərin qarşılıqlı faydalı olduğunu vurğulayıb və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Bookmark and Share
© Bakı Dövlət Universiteti