Mediasiya Şurası üzvləri ilə görüş olub
06/04/2022Mediasiya Şurası Sosial iş kafedrasının dəvətilə Sosial iş ixtisasında təhsil alan tələbələr üçün ustad dərsi keçirib.
Görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, 20 saylı vəkil bürosunun müdiri, Mediasiya Şurasıın işçi qrup rəhbəri və Bakı 2 saylı Mediasiya təşkilatının rəhbəri İlhamə Həsənova, Sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Üzeyir Şəfiyev, həmçinin Mediasiya Şurasının əməkdaşları iştirak ediblər.
Mediasiya Şurası İdarə Heyətinin sədri Mediasiya Şurasının fəaliyyəti barəsində məlumat xarakterli çıxış edib, Mediasiya Şurası ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıqdan, mediasiyanın inkişaf perspektivindən, sosial iş ixtisasında təhsil alan tələbələrin könüllü kimi fəaliyyətinin zəruriliyi, eləcə də onların gələcəkdə mediasiya qurumlarında çalışmaq imkanları istiqamətində tələbələrə geniş məlumat verib.
Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova hüquqi mübahisələrin məhkəməyə qədər həll yolu olan mediasiya xidmətindən istifadə ilə bağlı, mediasiyanın təbliği və təşviqi ilə bağlı düşüncələrini bölüşərək sosial işçilərin mediasiya qurumlarına verə biləcək töhfələrindən, mediasya sistemində iş mexanizmi, sosial işçilərin bu sistemdə üzərinə düşən vəzifələrindən geniş bəhs edib.
Görüş daha sonra interaktiv müzakirələr formasında davam edib. İştirakçılar tərəfindən tələbələrin sualları cavablandırılıb.
Görüşün sonunda tələbələrə müxtəlif kitablar hədiyyə edilib.
