Milli irs klubu
02/10/201702.10.2017-ci il tarixində Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin nəzdində yaradılmış “Milli irs” klubun açılışı baş tutub.Tədbiri giriş sözü ilə Sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə açaraq milli-mənəvi dəyərlərin qorunmasının vacib olduğunu bilidirib. Daha sonra Jurnalistika fakültəsinin dekan müavini dos.A.Zeynalova çıxış edərək kluba gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Milli İrs” klubun rəhbəri Mirzəyeva Cəmilə tədbir iştirakçılarına klubun məqsədi və görəcəyi işlər haqqında məlumat verib. Tədbirin bədii hissəsində Sosial elmlər və psixologiya fakültəsinin üçüncü kurs tələbəsi N.Abdullayeva və Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi T.Camal sözləri Ə.Cavada, musiqisi isə Ü.Hacıbəyova məxsus olan “Çırpınırdı Qara dəniz” kompazisiyasını ifa ediblər.
