Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

“Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib

20/04/2022

Sosial elmlər və psixologiya, Biologiya və Kimya fa­kül­­tələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya YOX deyək!” mövzu­sun­da tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd tələbə gəncləri psi­xo­aktiv maddə istifadəsinin yaratdığı problem və fəsadlar mövzusunda maarif­ləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.

Əvvəlcə Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Dövlət Universiteti Biologiya fakültəsinin dekanı  Afət Məmmədova  tədbiri giriş sözü ilə açıq elan edərək, müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən danışıb. O, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyini qeyd edib.

Tədbirdə ehtiyyatda olan polis polkovniki Adıgözəl Adıgözəlov, Bakı şəhəri Narkoloji Mərkəzin narkoloq-həkimi Fəzail Sadıqov, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova və həmin fakültənin IV kurs tələbəsi Ayşən Qəribova  mövzu ilə bağlı çıxış ediblər.

Çıxış edənlər narkomaniyanın dilindən, dinindən, irqi mənsubiyyətindən və sosial vəziyyətindən asılı olmayaraq bütün planet sakinləri üçün təhlükəsindən danışıblar. Onlar narkomaniyanın cinayətkarlığa, zorakılığa və korrupsiyaya yol açdığını bildirərək, bu bəlanın  hazırda ciddi qlobal problemə çevrildiyini qeyd ediblər. Məruzəçilər narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini  uğurlu gələcəkdən məhrum etdikləri, daim aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmədkilərini tədbir içtirakçılarının nəzərinə çatdırıblar. Tələbələrin çoxsaylı sualları qonaqlar tərəfindən cavablandırılıb.

Bookmark and Share
© Bakı Dövlət Universiteti