Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Pedaqogika kafedrasında "Qələbəmizin 44 günü" adlı elmi seminar keçirilib

10/11/2021

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasında “Qələbəmizin 44 günü” mövzusunda 3-4 noyabr 2021-ci il tarixində onlayn formada elmi seminar keçirilib.

Seminarın təşkilatçısı Pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Ləzifə Qasımova olub.

Seminar 03.11.2021 tarixində öz işinə başlayıb. Açılışda ilk öncə döyüş bölgələrini, qələbəmizi əks etdirən video görüntülər verilib. Sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən prof. Ləzifə Qasımova giriş sözünü kafedranın professoru Hikmət Əlizadəyə verib. O, “Ali baş komandan, prezident İlham Əliyevin çağırışı vətənpərvərliyə gedən yoldur” mövzusunda məruzə edib. Proqrama uyğun olaraq söz Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanovaya verilib. O, “Qələbəmiz tariximizdir” mövzusu ilə məruzə edib. Həmin gün Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri İntiqam Cəbrayılov “İgidlik və qəhrəmanlıq məktəbi”, ADPU-nun İbtidai təlimin pedaqogikası və metodikası kafedrasıının müdiri, dosent Yaqut Rzayeva “Şuşa mədəniyyət mərkəzinin tarixə bəxş etdiyi şəxsiyyətlər”, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Ədalət Camalova “44 günlük qələbəmiz məktəblilərimizin gözü ilə” mövzularında məruzə ilə çıxış ediblər.

Növbəti gün noyabrın 4-də pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova “Vətənpərvərliyimiz qələbəmizlə ölçüldü” məruzəsi ilə tədbiri davam etdirdi. BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Qurban Məmmədovun “Zəfər tariximiz”, Qazi Anar Mirzəyevin “Döyüş yolumuz” mövzusunda çıxışları ilə elmi seminar öz işini tamamlamış olub.

Bookmark and Share
© Bakı Dövlət Universiteti