Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Qələbəyə aparan yol-birliyimizin gücü

30/04/2021

Bakı Dövlət Universitetinin​ Sosial elmlər və psixologiya​ ilə Coğrafiya fakültələri​ birgə​ « Qələbəyə aparan yol-birliyimizin gücü» adlı​ tədbir təşkil ediblər. Tədbirin ideya müəlləfi və aparıcısı, Fəlsəfə kafedrasının müəllimi,​ ​ Nəzakət Kərimova​ tədbir iştirakçılarını salamlayaraq, sözü​ ​ Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədovaya verib.​ Şəkər xanım,​ Azərbaycan xalqının​ Qələbəyə çatmaq ücün​ keçdiyi çətin və şərəfli​ yoldan söz açıb. Sonra Sosial elmlər və psixologiya fakültəsinin​ «Fəlsəfə» kafedrasının​ müdiri Kəmalə​ Pənahova​ ​ Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibənin​ ​ öz uğurlu nəticəsi,​ ​ şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi haqda danışıb. Sonda söz​ hər iki fakültənin tələbələrinə verilib. Tələbələr slayd şəklində​ hazırladıqları musiqi, şeir nümunələri ilə çıxış edib, universitetimizin​ ​ Şəhid​ məzunlarımızın əziz xatirəsinə​ həsr olunmuş bədii kompozisiyaları nümayiş etdiriblər​ .

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti