Qızıl SEP: ilin müəllimi
21/04/2010Sosial elmlər və psixologiya fakültəsinin tələbələri fakültədə sosioloji sorğu keçirmiş, fəlsəfə, politologiya, sosiologiya, psixologiya, iqtisadiyyat ixtisasları üzrə ilin müəllimini müəyyən etmişlər. Həmin sorğunun nəticələrini elan etmək üçün 19 aprel 2010 – cu il tarixində “Qızıl SEP: ilin müəllimi” mövzusunda tədbir keçirilmişdir.
BDU rəhbərliyinin iştirak etdiyi bu tədbirdə mükafatlar ilin müəllimi seçilmiş müəllimlərə təqdim edilmişdir:
fəlsəfə ixtisası üzrə prof. Əziz Məmmədov,
politologiya ixtisası üzrə baş müəllim Rafiq Rəsulov,
sosiologiya ixtisası üzrə dosent Fazil Vahidov,
psixologiya ixtisası üzrə müəllim Aydan Səməndərova,
iqtisadiyyat ixtisası üzrə dosent Xosrov Kərimov ilin müəllimi seçilmişlər.
Hər bir ixtisas üzrə naminasiya keçirilməzdən əvvəl tələbələr tərəfindən hazırlanmış ixtisasları təcəssüm etdirən səhnəciklər nümayiş etdirilmişdir.
Tədbirin sonunda BDU-nun rektoru, millət vəkili, akademik A.Məhərrəmov çıxış etmiş tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
