Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Rektor xaricdə təhsil almış mütəxəssislərlə görüşdü

16/04/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Amerikanın və Avropanın ən qabaqcıl universitetlərində magistr və doktor dərəcəsi almış 25-ə yaxın mütəxəssislə görüşüb. Bu görüşə xüsusi əhəmiyyət verdiyini deyən rektorun sözlərindən məlum olub ki, artıq bir neçə ildir ki, universitetin bəzi fakültələrinin bakalavr və magistr pilləsində ingilisdilli qruplar fəaliyyət göstərir. Həmin qruplarda təhsil alan tələbələrin bilik səviyyələrini daha da artırmaq, beynəlxalq aləmə çıxışlarını təmin etmək məqsədilə xaricdə təhsil almış bir neçə mütəxəssis Sosiologiya, Hüquq, Filologiya, Biologiya fakültələrində tədris prosesinə cəlb olunublar. Rektor həmin mütəxəssislərin sayını artırmaq barədə düşündüklərini, işlə təmin etdikləri gənc kadrların hazırlıq səviyyəsindən, tədris etdikləri dərslərin keyfiyyətindən razı qaldığını da görüş iştirakçılarını diqqətinə çatdırıb.

Gənc mütəxəssislərin fikir və düşüncələri ilə davam edən görüşdə tələbələrin xarici təşkilatlarda təcrübə keçmələri və digər mühüm məsələlər də müzakirə olunub. Rektor bildirib ki, irəli sürülən bütün məntiqli təkliflər reallaşdırılacaq və tədrisin keyfiyyətinin artırılması üçün onlara dəstək veriləcək.

Onu da qeyd edək ki, yaxın gələcəkdə universitetin bütün fakültələrində ingilis qruplarının yaradılması nəzərdə tutulur.

Mətbuat və İnformasiya şöbəsi, 16 aprel 2011-ci il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti