Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Respublika elmi-praktik konfransı

26/04/2017

26.04.2017-ci ildə Bakı Dövlət Univer­si­te­tində “Müasir Azərbaycan  Psixoloqları” İc­ti­mai Birliyinin və Sosial elmlər və psixo­lo­gi­ya fa­kültəsinin Tələbə Elmi Cəmiyyətinin bir­gə təş­kilatçılığı ilə “Mədəni müxtəliflik şə­rai­tində şəxsiyyətin sosial adaptasiyası prob­­lemləri” möv­­zusunda Respublika elmi-prak­tik konfran­sı keçirilib.

Plenar iclası giriş sözü ilə Sosial elmlər və psixo­lo­gi­ya fakültəsinin dekanı professor Hik­mət Əlizadə açaraq, konfrasın BDU-nun rek­to­ru­nun əmri əsasında “Müasir Azırbaycan Psixoloqları” İB-nin təşəbbüsü ilə keçirildiyini bildirib. Qeyd edib ki, tələbələrin I kursdan başlayaraq el­mi-təd­qiqat işlərinə cəlb edilməsi əsas vəzifə­lər­dən­dir və bu konfrans da onun əyani göstəri­ci­si­dir.

“Müasir Azər­baycan  Psixoloqları” İB-nin səd­ri, “Psixologiya” kafedrasının müdiri, AMEA–nın müx­bir üz­vü, professor Bəxtiyar Əliyev də çıxış edərək, konfransın mövzusunun əhə­miyyətindən, tələbə­lə­rin elmi araşdırmalara ma­rağın artırılma­sın­dan və bu işin gələcəkdə də davam etdirilməsinin zə­ru­ri­li­yindən danışıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Psixoloqları Cəmiyyətinin fəaliy­yə­ti­nin 25 illik fasilədən sonra yenidən bərpa edilməsi za­manın tələbidir. Bu cəmiyyətin fəaliyyəti imkan verəcək ki, Azər­baycanda psixologiya sahəsində həm peşə­kar psi­xoloqların hazırlanması, həm də psixoloji xid­mə­tin müxtəlif sahələrdə təşkili elmi əsaslarla apa­rıl­sın. Psixoloji xidmət adı altında əhaliyə gös­­tə­ri­lən qeyri-peşəkar fəaliyyətin qarşısı alın­sın. Bugünkü tələbələr elə peşəkar hazır­lan­ma­lı­dırlar ki, onlar həm elmi araşdırmalar aparsınlar, həm də keyfiyyətli psi­xoloji xidməti həyata ke­çir­­sin­lər.

Konfransda Azər­bay­can Dövlət Pe­daqoji Uni­ver­si­te­ti­nin “Ümumi psi­xo­logiya” ka­fe­dra­sı­nın müdiri, professor Ramiz Əli­yev, Azər­bay­can Dillər Uni­ver­sitetinin “Psixologiya” ka­fe­dra­sının müdiri do­sent Ceyhun Alıyev çıxış ediblər. Onlar burada qaldırılan məsələlərin ak­tuallığını və əhə­miy­yətini qeyd ediblər. Çıxış edənlər daha sonra bildiriblər ki, psixoloq-tələbələrin ilk respublika konfransının ke­çi­rilməsi psixologiya elminin gələcək inkişafına öz töh­fəsini verəcəkdir.

Sonra Qaim Cəfərli “Gənclərin so­sial-psixoloji adap­­tasiyasının xüsusiyyətləri”, Aytən Əfəndiyeva “Zo­rakılığa məruz qalan şəxs­lə­rin cəmiyyətə adap­ta­siyasının sosial-psixoloji təhli­li­nə dair”, Mahirə Hü­sey­nova “Uşaqların cəmiyyətə adaptasiyası”, İlahə Məm­mə­dova “Övladlığa gö­türü­lən uşaqların yeni ailəyə adap­ta­si­yası”, Tubuxanım Həmidova “Xüsusi qay­ğıya ehtiyacı olan şəxslərin  cə­miy­yə­tə adaptasiyasının sosial-psixoloji təhlili”, Nuranə Hü­seyn­li “Mədəni müxtə­lif­lik şəraitində mil­li azlıqların cəmiyyətə adapta­si­ya­sı”, Əsgərli Əs­mər “Yeni ailə quran gənc­lərin adap­ta­si­yası mə­sə­lə­si”, Cəmilə Mirzəyeva “Yaşlıların tə­qaü­də adap­ta­si­ya­sı” möv­zusunda çıxış ediblər.

Plenar iclasdan sonra bölmələr üzrə tələbələrin mə­ruzələri dinlənilib. Maraqlı diskussiyalarla keçən kon­fransda tələbə­lə­rin  hazırladıqları 40 elmi məruzə din­lə­nilib.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti