Seminar
16/11/2016Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi araşdırmalara olan marağını artırmaqda öz işini uğurla davam etdirir. Fakültə Tələbə Elmi Cəmiyyətinin bu günlərdə ilk seminarı keçirilib.
Sosial Elmlər və Psixologiya fakültəsinin azərb. bölməsi üzrə 3-cü kurs Sosiologiya ixtisasında təhsil alan Xəzər Ələskərov tərəfindən " Affekt Deformu" mövzusu araşdırılıb və tələbələrə təqdim olunub. Seminarda fakültənin bütün ixtisasları üzrə müxtəlif kurslardan olan tələbələr iştirak edib. Maraqlı sual-cavab əsasında keçən tədbir 1.5 saat davam edib.
![]() |
![]() |
![]() |
![]() |
