Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Seminar

18/05/2017

Tələbə Elmi Cəmiyyətinin 2016-2017-ci tədris ilinin ikinci semestrində növbəti seminarı təşkil olunub. Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasının II kurs tələbəsi Budaq Aysel "İnsanın məna axtarışı" mövzusu üzrə hazırladığı araşdırmasını  seminarda iştirak edən müəllim və tələbə heyətinə təqdim edib. Tədqiqatçının əsas məqsədi iştirakçıları mövzu ətrafında düşünməyə cəlb etmək və eyni zamanda insanın məna axtarışı, həyatın mənası və s. bu kimi son zamanlarda cəmiyyətdə aktual olan məsələlərə münasibətdə  tələbə gənclərin fikirlərini öyrənmək olub. Seminarda loqoterapiya və V. Franklın "Məna axtarışı" konsepsiyası haqqında tələbələrə məlumat verilib. Daha sonra Budaq Aysel öncədən keçirdiyi sorğunun nəticələrini iştirakçıların nəzərinə çatdırıb. Sorğuda əsas məqsəd  insanların həyatın mənası haqqında nə dərəcədə məlumatlı olduqlarını öyrənmək olub. Seminarda eyni zamanda mənanın insan üçün önəmi haqqında danışılıb. Seminarın sonunda keçirilmiş sorğunun da nəticəsi nəzərə alınaraq tədqiqatçının qarşıya qoyduğu məqsədə nail olduğu  bildirilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti