Sosial elmlər və psixologiya fakültəsində birinci kurslarla görüş
14/09/2016BDU-nun Sosial elmlər və psixologiya fakültəsində I kurs tələbələri və onların valideynləri ilə görüş keçirilib. Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə tələbələri Azərbaycanın ən qabaqcıl ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə daxil olmaları münasibətilə təbrik edib. Professor H.Əlizadə universitet, o cümlədən Sosial elmlər və psixologiya fakültəsi haqqında ətraflı məlumat verib, təhsil prosesinin keyfiyyətinin yüksək olması üçün tələbələrin məsuliyyəti ilə yanaşı valideynlərin dekanlıqla mütəmadi əlaqə saxlamalarının vacibliyini qeyd edib.
Sonra fakültənin tyutoru tələbələri maraqlandıran suallara cavab verib.
