Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Sosial elmlər və psixologiya fakültəsində təqdimat keçirilib

21/01/2019

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasında  Gender problemləri üzrə silsilə seminarlar  çərçivəsində “Azərbaycanda gender üzrə  məsul  şəxlər”  üçün resurs dəsti”  nəşrinin təqdimatı keçirilib. Kafedra üzvləri, saathesabı müəllimləri, həm də gender problemləri ilə maraqlanan  mütəxəssislərin iştirak etdiyi təqdimatıRasional İnkişaf  uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl  aparıb.

Nəfis şəkildə hazırlanmış nəşrdə Gender üzrə dərslərin aparılması zamanı meydana çıxa biləcək problemlərin aradan qaldırılmasına,  genderin elm və tədris fənni kimi dərk edilməsinə, tarixi ilə tanış olmasına və tələbələrə bu barədə bilikləri səlist və aydın şəkildə çatdırılmasına,  eyni zamanda gender bərabərliyinin əsasını təşkil edən “Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT-nin Konvesiyasının və müvafiq Azərbaycan qanunvericiliyinin düzgün həyata keçirilməsinə kömək göstərilməsi və digər məsələlər öz əksini tapıb. Təqdimat interaktiv formada keçib.


Bookmark and Share
© Bakı Dövlət Universiteti