Sosial elmlər və psixologiya fakültəsinin dekanı "100 illik xəzinə" verilişinin qonağı olub
18/03/2019Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar olaraq “100 illik xəzinə” adlı verilişin növbəti buraxılışı yayımlanıb. Verilişin bu həftəki qonağı Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə olub. Dekan fakültənin tarixi, inkişafı və fəaliyyətini dinləyicilərə çatdırıb.
Qeyd edək ki, maarifləndirici proqramın hazırlanmasında başlıca məqsəd 100 illik tarixə malik qocaman ali təhsil ocağının 16 fakültəsi barədə geniş məlumat verməkdir. Verilişi izləmək istəyənlər BDU TV youtube kanalına müraciət edə bilərlər.
https://www.youtube.com/watch?v=UfpISFOOduI
![]() |
![]() |
