Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Sosial elmlər və psixologiya fakültəsinin nəzdində vahid Fəlsəfə kafedrası yaradılıb

05/04/2011

Bakı Dövlət Universitetinin bütün fakültələrində “fəlsəfə” fənninin tədrisi indiyədək Fəlsəfə (humanitar fakültələr üzrə) və Fəlsəfə (təbiət fakültələr üzrə) kafedraları tərəfindən həyata keçirilir. Həmin kafedraların hər ikisinin elmi – pedaqoji istiqaməti eyni profillidir. Təhsilin Boloniya prosesinə keçirilməsi ilə əlaqədar olaraq Dövlət Təhsil Standartlarına uyğun Sosial elmlər və psixologiya fakültəsinin nəzdində olan fəlsəfə ixtisası istisna olmaqla, digər fakültələrdə fəlsəfə fənni Fəlsəfə (humanitar fakültələr üzrə) kafedrası tərəfindən hazırlanmış proqramlar əsasında tədris olunur. Lakin bu proqramlar fəlsəfə fənninin Universitetdə bütün ixtisaslar üzrə tədrisini tam əhatə etmir. Müxtəlif elm sahələri üzrə dissertasiya işi müdafiə edənlərə hazırda respublikamızda fəlsəfə doktoru elmi dərəcəsi verildiyini nəzərə alaraq müxtəlif ixtisaslar üzrə fəlsəfə fənninin tədrisi müvafiq ixtisasın xüsusiyyətlərinə uyğun aparılmalıdır.

Bununla bağlı BDU Elmi Şuranın 03 mart 2011-ci il tarixli iclasının qərarını əsas tutaraq universitetdə tədris sahəsində aparılan islahatlar çərçivəsində fəlsəfə fənninin tədrisinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə rektor Fəlsəfə (humanitar fakültələr üzrə) və Fəlsəfə (təbiət fakültələr üzrə) kafedraları öz ştat vahidləri və maddi-texniki bazası ilə birləşdirərək Sosial elmlər və psixologiya fakültəsinin nəzdində vahid Fəlsəfə kafedrası yaradılması ilə əlaqədar əmr verib. Kafedrasının müdiri vəzifəsinin icrası  f.e.d., prof. İmanov Həmid Rza oğluna həvalə edilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti