Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi beynəlxalq elmi konfransda mükafatlandırılıb

21/12/2015

Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi beynəlxalq elmi konfransda mükafatlandırılıb. Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIV Beynəlxalq tələbə elmi-praktik konfransı keçirilib. Konfransa 5 xarici ölkədən (Polşa, Rusiya, Ukrayna, Bolqarıstan, Qazaxıstan) və respublikamızın 8 ali təhsil müəssisəsindən 290 tələbə qatılıb. Bakı Dövlət Universitetinin digər fakültələrindən olan tələbələrlə birgə Sosial elmlər və psixologiya (Sosial iş və Təhsildə sosial-psixoloji xidmət ixtisasları) fakültəsinin tələbələri də “Azərbaycan dili və nitq mədəniyyəti” müəllimi, filologiya fakültəsinin doktorantı Pərvin Eyvazovun elmi rəhbərliyi ilə konfransda iştirak ediblər. SEP-dən Xanım Səmədova “Azərbaycan dilində psixologiya terminlərinin struktur təhlili”, Nuranə Hüseynli “Orta məktəb dərsliklərində ədəbi dil normalarının pozulma halları” adlı maraqlı elmi məruzələrlə universitetimizi layiqincə təmsil ediblər. Ən uğurlu çıxışına görə SEP-dən Xanım Səmədova   konfransın təşkilat komitəsi tərəfindən diplomla mükafatlandırılıb.

Bookmark and Share
© Bakı Dövlət Universiteti