Sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 20 illik yubileyinə həsr olunmuş kitab nəşr olunub
10/01/2012Sosial elmlər və psixologiya (SEP) fakültəsinin yaranmasının 20 illik yubileyinə həsr olunmuş tədbirdə fakültə haqqında kitabın təqdimatı keçib. Kitabda Azərbaycanın ilk milli ali təhsil ocağı, respublika ali məktəblərinin flaqmanı olan Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin 20 ildə keçdiyi şərəfli tarixi yol zəngin faktlar əsasında işıqlandırılır, fakültənin müasir inkişaf nailiyyətləri, ayrı-ayrı kafedraları, laboratoriyaları, müəllimləri, məzunları və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilir. Kitab təhsil və elm sahəsində çalışan ziyalılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
