Sosial iş kafedrasının dosenti beynəlxalq onlayn konfransda iştirak edib
12/02/2021Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının əməkdaşı dosent, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Məmmədova Rəna Oktaedr qızı 7-8 Fevral 2021-ci il tarixində Fransanın paytaxtı Parisdə onlayn formatda keçirilən “INTERNATIONAL PARIS CONFERENCE ON SOCIAL SCIENCES - V” iştirak edib və ölkəmizi bu tədbirdə layiqincə təmsil edib. Dosent Məmmədova Rəna Oktaedr qızı “Трудности у людей с ограниченными возможностями здоровья в Азербайджане в период Пандемии” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Sertifikatla təltif olunub.
