Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Sosial iş ixtisasının tələbələrinin onlayn rejimdə fərdi iş təqdimatları olub

20/05/2021

Sosial elmlər və psixologiya  fakültəsinin “Sosial iş” kafedrasının dosenti, f.ü.f.d. Məmmədova Rəna  Oktaedr qızı  “Sosial iş” ixtisasının Azərbaycan və Rus bölmələrinin 2-ci və 3-cü kurs tələbələri ilə birgə maraqlı və aktual mövzulara  həsr olunmuş sərbəst işlər hazırlayıblar. 1551 qrupunun tələbələri Məmmədova Fidan, Cəbiyeva Maya, Kərimova  Əntiqə, Baxşıyeva Füruzə, Kazımlı Səbinə, Əliyeva Anjelika, Şərbətzadə Sevda, Kazımlı Abdulla və başqaları “Социальная работа с людьми с инвалидностью” fənni üzrə «Синдром Вильямса. Заболевание Амок», «Буллинг в процессе инклюзивного образования по отношению к детям с ограниченными возможностями здоровья» və s. mövzulara  həsr olunmuş prezentasiyalar  təqdim ediblər. 1681 A qrupunun tələbələri Vəliyeva Gülnar, Orucov Sehran, Məmmədli İbrahim, Seyidov Seyidrza, İsmayılov İsa, Hacıyeva Fərəh, Salayeva Səbinə, Vəlizadə Jalə və başqaları “Əlilliyi olan  şəxslərlə sosial iş” fənnindən İşemik insult, YAŞAT fondunun fəaliyyəti, Leykomiya, Ensefalopatiya və s. mövzuları əhatə edən təqdimatlar nümayiş etdiriblər. 1543  qrupunun tələbələri Qurbanova  Aydan, Mehdiyev  Rəşid, Babayeva Almaz, Zeynallı Elnarə və başqaları “Социальная  работа  с  беженцами и  вынужденными переселенцами” fənnindən Gəncə terroru, Suriya  qaçqınlarının vəziyyəti, Xocalı faciəsi, Srebrenitsa qətliamı və s. mövzuları öz  prezentasiyalarında  təqdim ediblər. 1671 A qrupunun tələbələri  Süleymanova Ləman,  Quluyev Lətif, Qurbanova Fəridə, Rəhimov Elmar və başqaları “Qaçqın və məcburi köçkünlərlə sosial iş” fənnindən Ümumdünya qaçqın günü və onun yaranma tarixi, Krım tatarlarının sürgünü, 31 mart soyqırımı və s. mövzuları təhlil ediblər. Tələbələr dosent  Rəna  Məmmədovanın rəhbərliyi ilə sərbəst işlərini  çox böyük həvəslə hazırlayıb nümayiş etdiriblər.

Bookmark and Share
© Bakı Dövlət Universiteti