Sosial iş kafedrasının doktorantı layihə rəhbəri kimi tədbirdə iştirak edib
20/02/2019BDU – nun Sosial iş kafedrasının doktorantı və saathesabı müəllimi Əhməd Mansurov Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin dəstəyi ilə Neftçala rayonunda fəaliyyət göstərən çətin həyat şəraitində olan uşaqlar üçün Günərzi xidmət Mərkəzinin açılmasını nəzərdə tutan layihənin rəhbəri kimi Günərzi xidmət Mərkəzinin açılışında iştirak etmişdir. Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Günərzi Mərkəzə baxış keçirmiş və layihəni təqdir etmişdir.
Mərkəz çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə yaradılıb. Burada 30-dan çox uşaq gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlərlə təmin edilir. Onların bacarıqlarının artırılması üçün müvafiq işlər aparılır. Bunun üçün uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılıb. Azyaşlıların vaxtlarının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər də təşkil olunur.
Mərkəzdə yaradılmış şərait, göstərilən günərzi qayğı xidmətləri nəzərdən keçirilib. S.Babayev göstərilən sosial xidmətlərdə yeni və daha səmərəli metodların tətbiqi, bu xidmətlərin əsasən reabilitasiya istiqamətində təşkili, əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması və s. barədə tapşırıqlarını verib.
![]() |
![]() |
