Sosial iş kafedrasının müəllimi “İnklüziv İnkişaf” (İnclusive Growth) kursunda iştirak edib.
28/11/2019Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müəllimi və doktorantı Muradov Elvin 11-22 noyabr 2019-cu il tarixində Avstriyanın Vyana şəhərində Avstriya Federal Maliyyə Nazirliyi, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun təşkilatçılığı ilə Birləşmiş Vyana İnstitutunda (JVİ) 21 ölkədən 32 nümayəndə dəvət olunmuş nümayəndələrin iştirakı ilə baş tutmuş “İnklüziv İnkişaf” (İnclusive Growth) kursunda iştirak edib.
BVF-in təşkil etdiyi iki həftəlik kursda iştirakçıların inklüziv inkişaf konsepsiyasının mahiyyətini daha geniş şəkildə öyrənmələri, inklüziv inkişaf, yoxsulluq, bərabərsizlik, iş yerlərinin yaradılması, analitik və operativ qiymətləndirmələrlə əlaqədar monitorinqlərin təşkili və makroiqtisadi siyasətin bunlara təsiri məsələləri araşdırılıb. Oxunan mühazirələrdə kurs iştirakçıları dayanıqlı inkişaf konsepsiyasının individual aksentləri ilə tanış edilib, seminarlarda fərqli ölkələr üzrə tematik tədqiqata əsaslanan inklüziv inkişaf strategiyalarının işlənilməsi və konsepsiyaların tətbiqi məsələlərindən bəhs olunub.
Kursun sonunda iştirakçıların hər biri, eləcə də Muradov Elvin model ölkə götürüb onu müxtəlif sosial-iqtisadi baxımdan təhlil edib, potensial inklüziv inkişafla əlaqədar proqnoz verib və bunu təqdimatlar formatında nümayiş etdirib. Kurs başa çatdıqdan sonra kurs təşkilatçıları ilə iştirakçılar xatirə şəkli çəkdirib, təqdimat edən hər bir iştirakçı, həmçinin E. Muradov diplomla təltif edilib.
![]() |
![]() |
