Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

“Sosial xidmət haqqında” qanunu alimlər müzakirə edəcək

21/04/2011

Aprelin 26-da Bakı Dövlət Universitetinin müvafiq kafedralarında "Sosial xidmətlər təşəbbüsü" təşkilatı tərəfindən hazırlayan “Sosial xidmət haqqında” qanun layihəsi bir qrup millət vəkillərinin iştirakı ilə alimlərin müzakirəsinə veriləcək.

Bu barədə Lent.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

O, qeyd edib ki, qanun layihəsində ümumiyyətlə sosial xidmətə ehtiyacı olan insanların kateqoriyasının müəyyənləşməsi nəzərdə tutulub. “Eyni zamanda qanunda sosial xidmətin növləri müəyyənləşməsi də qarşıda duran məsələlərdəndir. Burada sosial xidmət sistemi, sosial işçinin statusu müəyyənləşəcək, onların hüquq və vəzifələri bəlli olacaq. Yəni sosial xidmət qanunla tənzimlənəcək və sosial xidmətə götürülən insanlar artıq dövlət tərəfindən məvacib alacaqlar” - deyə, Quliyev vurğulayıb. Millət vəkilinin sözlərinə görə, aprelin 27-də isə parlamentdə “Pasientin hüquqları haqqında” qanun müzakirə olunacaq.

Mübariz Aslanov
Lent.az 20 aprel 2011-cu il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti