Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

ŞUŞA ŞUŞALI TƏLƏBƏLƏRİN GÖZÜ İLƏ

14/10/2022

Sosial elmlər və psixologiya fakültəsində “Şuşa şuşalı tələbələrin gözü ilə” adlı tədbir keçirilib. Tədbirdə dekan Rövşən Cavadov, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova da iştirak edib. Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dekan Rövşən Cavadov tədbir iştirakçılarına erməni vandallarının zaman-zaman törətdikləri qətliamları xatırladaraq, onları unutmamağı tövsiyə edib.

Tədbirdə Psixologiya ixtisası üzrə III kurs tələbəsi Şahlar Babayev çıxış edərək bildirib ki, o, 06.06.2022-ci il tarixində universitetimizin rektoru Elçin Babyevin təşəbbüsü ilə doğma Qarabağa, o cümlədən Şuşa şəhərinə səfər edən tələbələrdən biri olub. Şuşa səfərinin qürurverici və unudulmaz olduğunu qeyd edən Ş.Babayev səfər zamanı ermənilər tərəfindən dağıdılmış evlərinə baş çəkdiyini, orada lentə aldığı videogörüntü və şəkillərdən ibarət slaydı tədbir iştirakşılarının diqqətinə təqdim edib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti