USOS-2017 --- ULUSLARARASI SOSYAL BİLİMLER KONGRESİ
16/10/2017“Turkish Studies” Elmi Jurnalı və İspaniyanın Malaqa Üniversitetinin təşkili ilə İspaniyanın Qranada Beynəlxalq Sosial Elmlər Konqresi (USOS-2017) keçirilib. BDU-nu Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dosenti, s.ü.f.d. Yaqut Əliyeva təmsil edib. O, (həmmüəllif Sosiologiya kafedrasının müəllimi, s.ü.f.d. Sevinc Əliyeva “Qloballaşmadövründəmüsəlmancəmiyyətindəailəproblemlərininsosiolojitəhlili: Regional xüsusiyyətlər (Azərbaycancəmiyyətininnümunəsinəəsaslanaraq)” adlı məruzə ilə çıxış edib. Y.Əliyeva simpozium təşkilatı tərəfindən İbn Rüşd adına “Ən yaxşı məqalə” nominasiyası üzrə diplomla mükafatlandırılıb. Qeyd edək ki, məqalə və tezis simpoziumun materiallarında və Avropanın tanınmış elmi jurnalların birində çap olunacaq. Bununla yanaşı, Yaqut Əliyeva USOS-2017-də Elmi Heyətin üzvü olub. Simpozium çərçivəsində Əndəlüsün tarixi ilə yaxından tanış olmaq məqsədilə Qranada, Malaqa, Kordoba, Sevilya, Ronda və Gibraltar şəhərlərinin tarixi yerlərinə səyahətlər təşkil edilib.
