Xocalıya Ədalət tələb etmək hər bir Azərbaycanlının borcudur!
23/02/20121992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, yüzlərlə insan əsir və girov götürülmüş. Bu il Xocalı Soyqırımının 20-ci ildönümünü yad edirik. Bəzən, sağ qalan Xocalı sakinlərinin gözlərinə baxanda məni ürək ağrılı hisslər bürüyür. Sözlə ifadə edilə bilməyən bu hisslər içimdəki intiqam həvəsini birazda artırır. 63 fidana, 106 gülə, 70 ulu müdrikə qıyan insanlar bu gün azadlıqda heç bir cəza çəkməmiş əlini-qolunu sallayaraq gəzirlər. Bu isə məni daha çox incidir. Yalançı, aqressiv bir ideologiyanın arxasınca gedən ermənilər ideologiyalarının tələbi ilə bir çox pis əməl törətmişlər, Xocalı soyqırımıda bu əməllərdən biri oldu. Tarixin elə bir səhifəsi yoxdur ki, orada ermənilərin törətdikləri hər hansısa bir pis əməl olmasın. Lakin Dünya ictimaiyyəti buna göz yumur. 2 gün öncə Xocalıdan olan 20 yaşlı Zərifə Quliyevanın Fransa Prezidenti Nikola Sarkoziyə və Ermənistan Prezidenti Serj Sarkisyana ünvanladığı məktubu mətbuatda oxudum. Məni ağlamağa məcbur edən Zərifənin sözlərini bütün dünya duymalıdır. Xocalı Soyqırımının səbəbkarlarından biridə bu gün Ermənistan Respublikasının Prezidenti olan Soyqırım zamanı isə Ermənistanın Müdafiə Naziri olan Serj Sarkisyandır. Belə bir vəhşiliyin təşkilatçısı bu gün ermənistana rəhbərlik edir, qondarma “Erməni Soyqırımı” haqqında danışır. Fransa Əlcəzairdə törəddiyi soyqırıma görə hələ cavab verməyib, lakin bu gün qondarma “Erməni Soyqırımına” hüquqi qiymət vermək istəyir və heç bir araşdırma aparmamış. Bu nə deməkdir?! Dünya ictimaiyyəti niyə buna göz yumur?! Nə zaman BMT-nin 4 qətnaməsi yerinə yetəcək?! Nə Zaman dünya ölkələri Türkiyə, Pakistan və Meksika kimi dövlətlərdən ibrət alacaqlar?! Türkiyə , Pakistan, Meksika və s. dövlətlər Xocalı Soyqırımına ədalətli siyasi-hüquqi qiymət veriblər. Çünki biz faktlarla, çox uzaq yox 20 il öncədən danışırıq, hələ yaddaşlardan silinməyən Faciədən danışırıq. O Faciə ki, Ana fəryadını göylərə qaldırdı. 8 ailə tamamilə məhv edilib. 7 oğlunu gözünün önündə qətlə yetirilənlərdə var. Qaçıb qurtulmaq istəyən , soyuqdan donanlarda olub. Bu Soyqırım Tarixin ən dəhşətli Faciəsi adını alıb, Əsrin Faciəsi adını alıb. Qeyd edimki Xocalı soyqırımın dünyada tanınması məqsədi ilə xeyli işlər görülmüşdür. İslam Konfransı Gənclər Forumunun Baş Koordinatoru Xanım Leyla Əliyevanın Təşəbbüsü ilə 2009-cu il 26 fevraldan etibarən “Xocalıya Ədalət” adlı Beynəlxalq Kampaniya start götürmüşdür. Bu il isə Xocalı Faciəsinin 20-ci ildönümü ilə əlaqədar Kampaniya daha fəal fazaya keçməkdədir. Dünyanın aparıcı Universitetlərində, diplomatik nümayəndəliklərdə Xocalı Soyqırımının anma Mərasimləri keçirilmişdir. Məndə bir gənc olaraq Xocalı Soyqırımını öz əcnəbi dostlarımın arasında aktuallaşdırmağa və təbliğ etməyə çalışıram. Ümüd edirəm ki, Dünya birliyi tezliklə gözlərini açaraq, bəşər aləmində tayı görülməmiş
soyqırımın təkrarlanmaması naminə Xocalı Soyqırımına ədalətli hüquqi qiymət verəcək!
Xocalıya Ədalət tələb etmək hər bir Azərbaycanlının borcudur!
Elçin Hüseyn
BDU, SEP, Politologiya 2-ci kurs
