Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Yay semestri

06/07/2013

Yay semestrinin təşkili haqda Rektorun imzaladığı sərəncamdan bəzi

bəndlər

 

1. 2012/13-cü tədris ilində bakallavriyyat və magistratura səviyyələrində müvafiq fakültələr üzrə ayrı-ayrı fənlərdən akademik borcu qalan və həmin fənlərdən kredit götürmək arzusunda olan tələbələr üçün öz hesablarına Yay semestri təşkil edilsin.

2. Yay semestri 15 iyul – 06sentyabr 2013-cü il tarixlərində ayrı-ayrı fakültələr üzrə ixtisasların və ixtisaslaşmaların xüsusiyyətindən asılı olaraq təsdiq olunmuş cədvəllərə əsasən 6(altı) həftə ərzində (nəzəri təlim və imtahanlar daxil olmaqla) keçirilsin. Bu zaman tələbənin götürdüyü kredit fənlər üzrə ümumi kreditin sayı 9-dan (doqquzdan) artıq olmamalıdır.

3. İmtahan müddəti 1(bir) həftədən artıq olmamaqla yay smestrinin sonuncu həftəsində təşkil olunsun və növbəti smestrin başlanmasına 2 həftə qalana qədər başa çatdırılsın.

4. Yay semestri ödənişli əsaslarla həyata keçirilsin. Bu zaman təhsil haqqı tələbənin təhsil aldığı ixtisas (ixtisaslaşma) üzrə cari tədris ilində müəyyən olunmuş illik ödənişin bir kreditə düşən məbləğinin həmin fənnə ayrılmış kreditlərin sayına vurmaqla müəyyənləşdirilsin. Fənn üzrə təşkil olunmuş qrupda tələbələrin sayı 5(beş) nəfərdən az olarsa, təhsil haqqı tələbənin təhsil aldığı ixtisas (ixtisaslaşma) üzrə cari tədris ilində müəyyən olunmuş illik ödənişin bir kreditə düşən məbləğinin iki mislinin həmin fənnə ayrılmış kreditlərin sayına vurmaqla müəyyənləşdirilsin. Fənn üzrə təşkil olunmuş qrupda 1(bir) tələbə olarsa, təhsil haqqı tələbənin təhsil aldığı ixtisas üzrə müəyyən olunmuş illik ödənişin bir kreditə düşən məbləğinin üç mislinin həmin fənnə ayrılmış kreditlərin sayına vurmaqla müəyyənləşdirilsin.

...

7.Yay semestrində üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti smestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunsun.

...

9. Hər hansı fənn üzrə təhsil haqqı ödənildikdən sonra tələbə bu və ya digər səbəbdən dərsə gəlməkdən imtina etdikdə ödənilmiş təhsil haqqı geri qaytarılmasın.

Bookmark and Share
© Bakı Dövlət Universiteti